Almaniya Superkuboku uğrunda qarşılaşamada "Borussiya Dortmund” "Siqnal İduna Park"da "Bavariya” kollektivini qəbul edib. Hesab 41-ci dəqiqədə açılıb. Bavariyanın aparıcı futbolçularından Robert Levandovski diqqət mərkəzinə düşüb. 8 dəqiqə sonra Tomas Müller Münhen komandasının hesabdakı üstünlüyünü bir qədər də artırıb. 64-cü dəqiqədə meydan sahibləri - Marko Roysla fərqi azaltsalar da onların bundan artığına gücləri çatmayıb. Əvəzində Levandovski dubl edərək görüşdə son nöqtəni qoyub: “Borussiya Dortmund” – “Bavariya” 1:3
Bununla da inamlı qələbə sayəsində Bavariya kollektivi 9-cu dəfə Almaniya Superkubokunu muzeyinə aparıb. Borussiya Dortmundun hesabinda isə 6 kubok var.